Modern Hotel şəhərin mərkəzində, hava limanına 20 dəqiqəlik məsafədə
yerləşir.
Bu da o deməkdir ki əcnəbi qonaqlar şəhərin nəbzini tutmaqla
yanaşı gəzməli, turistik nöqtələrə və əyləncə mərkəzlərinə rahat, tez və maneəsiz
çata bilir.
Otelimiz 4 ulduzlu olmasına baxmayaraq, 5 ulduzlu otellər səviyyəsində
keyfiyyətli xidmət təklif edirik.
Modern Hotel qonaqlarına öz evlərindəki tək rahatlıq, komfort
və gülərüz xidmət söz verməklə yanaşı, onları bir – birindən dadlı, zəngin, hər
bir ağız dadına uyğun dünya mətbəxindən təamlar ilə də sevindirir.
Modern Hotel 2012 –ci ildən fəaliyyət göstərir. Hal – hazlrda
otelimiz dünya otel bronlaşdırma saytlarında Azərbaycanın ən məşhur 5 ulduzlu
otelləri ilə yanaşı reytinqdə yüksək ballar və qonaqlar tərəfindən daim pozitiv
rəylər ilə müşahidə edilməkdədir. Modern Hotel personalı keyfiyyətli xidmətləri
ilə daim bu statusu qoruyub saxlamağa və peşəkarlıq səviyyəsini daha da artırmağa səy göstərir.
Otel yeddi mərtəbə və 67 standart və suite otaqdan ibarətdir.
Bir- birindən rahat avropa üslubunda tərtib edilmiş bu otaqlar mini bar,
telefon, 800-dən çox müxtəlif kanallı LCD televizor, yüksək sürətli wi-fi
internet şəbəkəsi,duş kabini, rahat və komfortlu yataq və oturma dəsti, saç
qurudan, rəqəmsal seyf, istilik və
havalandırma sistemi ilə təmin olunmuşdur.
Hava limanından qonaqların qarşılanması, 24 saat otaq servisi
və pulsuz avtomobil dayanacağı təklif
edilir.
Bundan başqa səhər yeməyi, fitnes mərkəzi, əyləncə otağı və
fin hamamı pulsuz olaraq qonaqların xidmətindədir.